Ermənistan ordusundakı özbaşınalığın əks olunduğu videogörüntü təsdiqini tapıb – VİDEO
Ötən gün sosial şəbəkələrin Ermənistan seqmentində cəbhədə Ermənistan ordusunda xidmət aparan polis əməkdaşlarının silah və qida ilə bağlı problemlərin yer aldığı videogörüntü geniş şəkildə yayılıb.
Həmin videogörüntü təsdiqini tapıb.
Belə ki, Ermənistan polisi məsələ ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, videogörüntlü ilə əlaqədar xidməti araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, videogörüntüdə Ermənistan ordusundakı pərakəndəlik açıq-aydın görünür. Xidmət aparan hərbçilər və polislər cəbhədəki vəziyyətdən şikayətlənirlər, ordudakı çox saylı problemlərin olduğunu bildirirlər.