Energetika naziri Avropada qazın bahalaşmasını şərh edib
Energetika naziri Pərviz Şahbazov Avropada təbii qazın qiymətinin artmasını şərh edib.
O, bu barədə “Asharq Al-Awsat” nəşrinə müsahibəsində danışıb.
“Avropada strateji ehtiyatların mövcudluğu qaz böhranının yaranmasının qarşısını ala bilmədi. Bu böhran gələcəkdə, xüsusən də qış aylarında davam edəcək”, – deyə nazir qeyd edib.
P.Şahbazov OPEC+ ölkələrinin qlobal enerji bazarında qiymətlərə nəzarət etmək üçün yol xəritəsinin hazırlanması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.