ELSA Azərbaycanın “Qadın zorakılığı”na həsr olunan layihəsi davam edir.
ELSA Azərbaycanın təşəbbüsü ilə Vüsal Rəhim qadınlara həsr olunmuş “Məni unutma!” adlı yeni sosial incəsənət layihəsi yaradıb.
“Iqtisadchi.az”a daxil olan xəbərə görə Martın 8-dən etibarən 7 gün boyunca öz media hesablarında ölümü sosial şəbəkələrdə çox sıx müzakirə olunan 7 qadının portreti paylaşılıb.
Rəssam əvvəlki layihələrində Azərbaycan cəmiyyətində qadın azadlıqları ilə bağlı sosial mövzulara toxunub. Bu dəfə isə problemi incəsənət vasitəsilə dilə gətirməyə qərar verib. Bu yolla qadınların intihara sürükləməsini, hətta onların “şərəf və ləyaqət” əsas gətirilərək belə soyuqqanlı şəkildə öldürülməsini dayandırmağa ehtiyac var. Rəssam, eyni zamanda cəmiyyətin kişiyə – cinayətkara bəraət qazandırmaq üçün bəhanə tapmağa çalışmasından da narahatdır.
Məlumata əsasən, rəssasm ölüm hekayəsinin ağırlığına görə seçdiyi 7 qadının portretini çəkib və 7 gün ərzində onların hər birininin hekayəsini qurbanların öz dili ilə müşayiət edərək internet üzərindən paylaşıb.
Bədii tərəflərə əsasən, həyat yoldaşı və oğlu tərəfindən amansızlıqla öldürülən və evin içində basdırılan, cəsədlər illər sonra tapılıb. Cəsədlər arasında ana və 4 qızı yer alıb. Səhər tezdən iki qızı yetim qoyulan süpürgəçi. Anasının məzarı üzərində başsız cəsədi tapılan, qardaşı tərəfindən amansızlıqla qətlə yetirilən bacı. Və qətiyyən unuda bilməyəcəyiniz bir neçə hekayə.
Rəssamın əsərləri ELSA Azərbaycanın köməyi ilə 8 Mart 2021-ci il saat 14:00-da İçərişəhər metrostansiyası yaxınlığındakı “Diet Kafe”-də nümayiş olunub. Sərgi 1 həftə ərzində davam edəcək.