ELSA Azərbaycanın IV Milli Şura Toplantısı keçirilib.
13 dekabr 2021-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) IV Milli Şura Toplantısı baş tutmuşdur.
“Iqtisadchi.az”a daxil olan xəbərə görə, iclas Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə təşkilatın Baş Katibi Cavid Rəhimli tərəfindən açıq elan edilmişdir. Sonra isə ELSA Azərbaycanın 2021/2022-ci illər üzrə Milli İdarə Heyətinin Hesabat Konfransı, Milli Şura üzvlərinin biliklərini artırılması məqsədilə təlim keçirilmişdir. İclasın sonunda isə ELSA Azərbaycanın keçmiş Baş Katibi Hikmət Zeynallının sədrliyi ilə təşkilatın əsasnaməsinə əlavə və dəyişikliklər edilmişdir.
Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünyanın hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub. Qeyd edək ki, Milli Şura ELSA Azərbaycan təşkilatının qərarverici orqanıdır.