Elman Rüstəmov: “Azərbaycanda dollarlaşmanın azalmasının əsas səbəbi bankarın faiz siyasətidir”
Azərbaycanda dollarlaşmanın azalması faktının əhəmiyyətli səbəbləri var. Bunun başlıca səbəblərdən biri bankların faiz siyasətidir.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında sualını cavablandıran Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, xarici valyutada depozitlər üzrə faiz dərəcələri olduqca aşağıdır və bunu həmçinin əmanətlərin mövcud sığortalanması sistemi də dəstəkləyir: “Bazarda mart ayında müəyyən təlaş başlandı, dollarlaşmanın səviyyəsi yüksəldi, lakin sonra bazar sakitləşdi və yenidən dedollarlaşma prosesi başladı”.
Xatırladaq ki, 2021-ci ilin yanvarın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardaki əmanətlərinin həcmi 8 177,9 mln. manat təşkil edib və əmanətlərinin 50,8%-i xarici valyutadadır ki, bu da 2015-ci ilin yanvar ayından bəri əmanətlərinin ən aşağı dollarlaşma səviyyəsidir.