Düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb – RƏSMİ
Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.