Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2023-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.
Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, Azərbaycanda COVID-19-a qarşı peyvənd təşəbbüsünün erkən başlanması və Ermənistanla münaqişədən sonra ölkə ərazisində başlayan yenidənqurma işlərinə böyük investisiyaların yatırılması ölkə iqtisadiyyatının bərpasının gözləniləndən daha sürətli baş verəcəyini göstərir.
“2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi böyüməni dəstəkləyəcək, lakin bu, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dövlət xərclərinin artması ilə şərtlənəcək. Yüksək neft qiymətlərinin maliyyə kəsirini azaldacağını və cari əməliyyatlar hesabın profisitə qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır. 2021-ci ildən sonra böyük struktur islahatları olmadan iqtisadi dirçəlişin sürətinin neft hasilatındakı uzunmüddətli bərpa və gözlənilən fiskal siyasətin sərtləşdirilməsi (artan maliyyə təzyiqləri fonunda) nəticəsində orta səviyyədə olacağı ehtimal edilir”, – hesabatda qeyd olunur.
Qeyd edək ki, Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8%, 2022-ci ildə isə 3,9% artacaq.