DSMF-nin ehtiyat vəsaitlərindən investisiya qoyuluşu üçün istifadə ediləcək
“Azərbaycanda aylıq pensiya ödənişlərinin ümumi məbləği təqribən 400 milyon manat təşkil edir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, ötən il nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 250 milyon manatlıq ehtiyat vəsait yarada bilib: “Bu vəsait pensiyaların vaxtından tez ödənilməsinə imkan verir. Gələcəkdə həmin vəsaitin 400-500 milyon manata çatdırılması, bir hissəsindən investisiya qoyuluşu üçün istifadə edilməsi nəzərdə tutulur. Amma bunun üçün lazımi mexanizmin hazırlanmasına ehtiyac var və bu barədə gələcəkdə ətraflı məlumat veriləcək”, – deyə o qeyd edib.