Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Metodiki Göstərişlər” qərarı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Şəhərsalma və tikintiyə dair normativ sənədlərin işlənib hazırlanmasının ehtimal olunan qiymətinin müəyyən edilməsi üçün metodiki Göstərişlər”in təsdiqi haqqında qərar qəbul edib.

Qərara əsasən qurumun aidiyyəti şöbələri texniki normativ hüquqi aktı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinə göndərməlidir.

Yeni hüquqi akt ümumi müddəaları, əsas anlayışları, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması müddətini və əməktutumunu, normativ sənədin hazırlanması dəyərini, onun hesablanması nümunələrini, yoxlanılması (ekspertiza) dəyərinin hesablanmasını və s. məsələləri müəyyən edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *