Deputat: “Hər hansı cinsin nümayəndəsinin idarəetmə orqanlarında 60%-dən çox ola bilməməsi qaydası Azərbaycanda da tətbiq edilməlidir”
“İnkişaf etmiş Avropa ölkələrində hər hansı cinsin nümayəndəsi idarəetmə orqanlarında 60%-dən çox ola bilməz. Bunu Azərbaycanda da tətbiq etməliyik”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, biz din amilindən də istifadə etməliyik: “Din xadimləri həm qadın hüquqları, həm də qadınların təhsilə yönəldilməsi məsələsinə diqqət yetirsinlər”.