“Delta” qasırğası səbəbindən Meksika körfəzindəki enerji şirkətləri neft hasilatının 80 faizini dayandırıb

“Delta” qasırğası Meksika körfəzindəki neft istehsalı obyektlərini təhdid edir.

Qasırğa Meksika körfəzində əsas neft emalı zavodlarının dayandırılmasına səbəb olub. Yukatan yarımadasını keçən və cümə günü Luiziana sahillərinə çatması gözlənilən “Delta” qasırğası səbəbindən Meksika körfəzindəki enerji şirkətləri neft hasilatının 80 faizini dayandırıb.

Ekspertlərə görə, Meksika körfəzindəki neft obyektlərinin bağlanması “qara qızıl”ın qiymətlərinin artmasına səbəb olacaq. Lakin bu artım qısamüddətli olacaq. Əgər bağlanan obyektlərin fəaliyyətini bərpa etməsinə 1 həftədən çox vaxt lazım gələrsə, bu, neftin qiymətində güclü artıma səbəb ola bilər.

Mənbə: AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *