Dekabrda Gömrük Komitəsinin büdcə daxilolmaları 352,7 milyon manat olub
Dekabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 352 milyon 725 min manat olub.
Keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 103 milyon 613 min manat, əlavə dəyər vergisi üzrə 230 milyon 415 min manat, aksizlər üzrə 15 milyon 381 min manat, yol vergisi üzrə isə 3 milyon 315 min manat təşkil edib.
Mənbə: AZƏRTAC