Daha bir qərar və vətəndaşın etirazı… Taksi fəaliyyəti nizamlanmalıdırmı?
Azərbaycanda taksi fəaliyyətinin nizamlanmasına yönəlmiş Bakı Nəqliyyat Agentliyinin qərarı son zamanlar ictimaiyyətin kəskin narazılığına səbəb olub.
Azərbaycanda taksi fəaliyyətinin nizamlanmasına yönəlmiş Bakı Nəqliyyat Agentliyinin qərarı son zamanlar ictimaiyyətin kəskin narazılığına səbəb olub.
Narazılıqlar:
- İnsanlar ölkədəki taksi daşınması qiymətlərinin aşağı olmasından məmnundur və artımın baş verməsini istəmir;
- Kənar taksi fəaliyyəti ilə məşğul olan şəxslər özünüməşğulluq kimi qiymətləndirdikləri işdə gəlirlərindən məhrum olmaq istəmirlər.
Bu iki faktor narazılıqların əsasını təşkil edir. Əslində Bakı şəhərində daxili və xarici daşınmada bir növ ictimai nəqliyyat effekti verən “1 manatlıq” taksi fəaliyyətlərinin qarşısının alınması rasional cəhətdən anlaşılandır.
Səbəblər:
- Bu tip fəaliyyət növü ilə məşğul olan şəxslər fiziki cəhətdən artıq əmək sərf etdikləri üçün avtomobil yollarında təhlükə yarada bilirlər;
- Vərdiş halına çevirilən eyni məntəqələr arasındakı hərəkət onların bu yolda avtomobil idarəsindəki məsuliyyətlərinin avtomatik olaraq azalmasına səbəb olur;
- Ən vacib məsələ, bu şəxslər özlərini daimi işlə təmin etmirlər. Yaşlandıqca, sağlamlıqlarında problem yarandıqca onların dolanışığı və effektivliyi kəskin azalır. Həmçinin, istifadə etdikləri avtomobil zamanla texniki standartlara cavab verməməyə başlayır.
Bu səbəbdən hər nə qədər aşağı xərcli olsa belə “1 manatlıq” taksilərin fəaliyyəti əvvəl-axır məhdudlaşdırılmalıdır. Çünki onlar riskli nəqliyyat vasitələri kateqoriyasına əlavə edilir. “Self safety” (özünüqoruma) insanlar üçün ilkin prioritet kimi qəbul edilməlidir.
Məsələnin digər tərəfi də var. Bu nəqliyyat vasitələrinə alternativ varmı? Araşdırma onu göstərir ki, “1 manatlıq” taksilərin hərəkət istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri əksər hallarda kifayət etmir və ya “komfortluq” səviyyəsi çox aşağıdır. Nəticədə vətəndaşlar bu tip nəqliyyat vasitələrindən xüsusilədə, hərəkətin sıx olduğu vaxtlarda istifadədən yayınırlar. Yekunda “1 manatlıq” taksilər bazarda öz mövqelərini qoruyub saxlayır və fəaliyyət təbəqəsi üzrə kifayət qədər qazanclı sahəyə çevrilirlər. Onların nizamlanmaması və vergidən yayınması isə infrastruktura böyük və iqtisadiyyata isə nisbi şəkildə ziyan vurur.
Sonda. Təəssüf ki, Bakı Nəqliyyat Agentliyinin qərarı fikrimizcə, yalnız Bakı şəhəri və Abşeron yarımadası nəzərə alınmaqla həyata keçirilib. Bəs digər iqtisadi regionlarımız? Kənardan baxış prizmasına əsasən orada bu tip kənd və rayonlararası taksi fəaliyyətinin daha riskli olduğu görünür.
“İqtisadchi.az”la qalın!