“Coronovac” peyvəndi xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır
“Sinovac” şirkətinin istehsalı olan “Coronovac” peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb.
Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.
Bundan başqa, sınağın nəticələrinə görə, “Coronovac” peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır.
Qeyd edək ki, Azərbaycanda da COVID-19-a qarşı “Coronovac” peyvəndi tətbiq edilir.