Ceyhun Bayramov daha bir diplomatik missiyaya yollanır!”Tamam, yoxsa Davam?”
Oktyabrın 23-də Vaşinqton vaxtı ilə saat 09:30-da ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərini qəbul edəcək. Görüşlərdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.
Aldığımız məlumatlara əsasən, Mayk Pompeo ayrı-ayrılıqda nazirləri qəbul edərək, II Qarabağ müharibəsini müzakirə edəcək.
Amerikalı siyasətçilərin fikirincə, Mayk Pompeo ictimai basqı əsasında tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara geri qaytarmağı planlayır. Bunun üçün Dövlət katibi münaqişədə tərəflərə dəstək olan ölkələri birdəfəlik olaraq kənarlaşdırmaq niyyətindədir.
Başqa bir mənbədən daxil olan xəbərə əsasən isə, Mayk Pompeo plalşdırılan yeni danışırlar formatını hər iki nazirə təklif etmək niyyətindədir.