Ceyhun Bayramov: Azərbaycan ərazisində hələ də qanunsuz silahlı birləşmələrin qalması ən böyük təhdiddir

Azərbaycan Respublikasının Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrinə reinteqrasiya prosesi barədə də xanım nazirə məlumat verdim.

“Eyni zamanda, Azərbaycan tərəfindən atılan konkret addımlar, xüsusi nümayəndənin təyin edilməsi, həmin nümayəndənin Qarabağ İqtisadi Regionuna gedərək görüş keçirməsi, həmçinin bu tip ikinci görüşün Azərbaycanın digər bir şəhərində keçirilməsi təklifinin dəfələrlə edilməsi də görüş zamanı diqqətə çatdırılıb”, – nazir qeyd edib.

Azərbaycan XİN rəhbəri daha sonra əlavə edib: “Hesab edirəm ki, sadaladığım proseslərə Ermənistan tərəfi maneçilik törətməməlidir. Bu cür maneçilikləri kifayət qədər aqressiv ritorikada görürük. Eyni zamanda, Azərbaycan ərazisində üçtərəfli bəyanata zidd olaraq, hələ də qanunsuz silahlı birləşmələrin qalması bu sahədə ən böyük təhdiddir. Bu, bütün bu zaman ərzində Ermənistan tərəfindən dəstəklənməkdədir. Qanunsuz silahlı birləşmələrin maliyyələşməsi isə birbaşa Ermənistan büdcəsindən həyata keçirilir. Bunu açıq mənbələrdən görmək olar”, – nazir əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *