CEIC data: Qarabağın inkişafında hansı tərəf daha çox effektivdir.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən artıq 2 həftəyə yaxın vaxt keçib. Xalqımız və əsəgərlərimizin güc birliyi düşmən üzərində üstünlük qazanmağımızın əsas səbəbi oldu. Amma Azərbaycan Ermənistanı təkcə hərbi və diplomatik meydanda üstələmir. Ölkəmizin iqtisadi və əmək potensialı qarşı tərəfdən dəfələrlə çoxdur. Prezident İlham Əliyevin Qarabağda infrastrukturu yenidən quracağımızla bağlı açıqlaması, əslində Azərbaycanın iqtisadi potensialının effektivliyindən xəbər verir. Kifayət qədər xammal və işçi resursları olan Azərbaycan regionun infrastruktur bərpasına tez bir zamanda nail olacaq.
Bu, bir sıra beynəlxalq agentliklərin ölkəmiz haqda dərc etdiyi araşdırma və hesabatlarda da öz əksini tapıb. “Si İ Ay Si” data mərkəzinin əmək bazarı üzrə təqdim etidyi statistikaya əsasən, Azərbaycan iqtisadi inkişaf üçün lazım olan bir çox göstəricidə Ermənistanı üstələyir. İlk növbədə, demoqrafiq göstəricilər görə Azərbaycanda əhalinin artım tempi illik dövriyyədə Ermənistandan 2.3 dəfə çoxdur. Hətta qarşı tərəfdə bu göstərici 12 aylıq dövrdə mənfi inkişaf tempinə malikdir. Hətta “İ Ti Ef”in Şərqi Avropanın əmək bazarı və məşğulluq haqda dərc etdiyi hesabatda Azərbaycan region ölkələri arasında demoqrafik göstəricilərinin artdığı yegəna dövlət olaraq qeyd edilib.
Eyni zamanda Ermənistanda əhalinin az olması ilə paralel ölkədə işsizlik səviyyəsi də həddindən artıq yüksəkdir. 17.5 Faiz. 2021-ci il üçün proqnozlar onu göstərir ki, bu göstərici 20.7 faizə yüksələ bilər. Paralel olaraq “Ay El O” modelinə görə işsiz əhalinin əmək qabiliyyətli əhaliyə nisbətində Ermənistanda vəziyyət ürək açan deyil. Azərbaycanda bu göstərici 5.96 faiz təşil edirsə, Ermənsitanda 16.62 faizdən çoxdur.
Analitik hesablamar və müqayisə onu göstərir ki, Ermənistan uzun müddətdir əmək böhranı ilə qarşı-qarşıyadır. Daha güclü iqtisadi resurslara malik Azərbaycanın Qarabağın inkişafına nail olması daha mümkün hesab edilir. Qeyd edək ki, müharibənin yeni başa çatmasına baxmayaraq Azərbaycan tərəfi Füzuli-Şuşa və Yevlax-Xankəndi yollarının tikintisinə başlayıb, bəzi bölgələr elektrik enerjisi ilə təmin edilib, hətta telefon və internet şəbəkəsinin qurulmasına başlanılıb.