Çavuşoğlu Dağlıq Qarabağda və digər yerlərdə Türkiyənin əleyhinə olan oyunları pozduqlarını bildirib
“Pandemiyaya baxmayaraq, Dağlıq Qarabağ, Suriya, Liviya, Şimali Kipr və Şərqi Aralıq Dənizi məsələsində oyunun önəmli bir hissəsi olduq, çox önəmli qazanclar əldə etdik, yeri gəldi oyunu biz qurduq, ölkəmizin əleyhinə olan oyunları biz pozduq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.
O bildirib ki, 2020-ci ilin ən önəmli məsələsi Dağlıq Qarabağ olub.
Türkiyəli nazir qeyd edib ki, Naxçıvan dəhlizinin açılması, köçkünlərin geri dönməsi və digər məsələlər nəzarətdədir.
M. Çavuşoğlu Dağlıq Qarabağla bağlı Rusiya ilə sıx təmasda olacaqlarını da vurğulayıb.