Çavuşoğlu: “Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı müqavilənin imzalanmasına görə sevincliyik”
“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, ölkəsi türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır.