BVF Azərbaycanın qeyri-neft gəlirləri üzrə proqnozunu açıqlayıb
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft sektoru üzrə büdcə gəlirləri qeyri-neft ÜDM-nin 25,3%-ni təşkil edəcək.
Fondun ölkənin qeyri-neft ÜDM-nin bu il 3,5% artacağını proqnozlaşdırmasını nəzərə alaraq, 2021-ci ildə qeyri-neft sektorundan gələn büdcə daxilolmalarının da faktiki həcminin artmasını gözləmək olar.
Qeyd edək ki, 2022-ci ildə qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin qeyri-neft ÜDM-dəki payının bir qədər azalaraq 24,1%-ə enməsi güman edilir. BVF 2022-ci ildə qeyri-neft ÜDM-nin isə 2,5%-lik artımını proqnozlaşdırır.
Xatırladaq ki, 2020-ci ildə qeyri-neft sektoru üzrə Azərbaycan büdcəsinin daxilolmaları illik müqayisədə 0,6% artaraq 10 677,2 mln. manat və ya qeyr-neft ÜDM-in 21%-ni təşkil edib.