Bu il Ceyhan limanından 103 milyon bareldən çox BTC nefti nəql edilib
Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 103,542 milyon barel xam neft nəql edib.
Bu həcmdə xam neft 143 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə indiyə qədər limandan 3 milyard 675 mliyon barelə yaxın xam neft 4 803 tankerə yüklənib.
BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.