Bu il ARDNF valyuta hərraclarındakı satışını 8 % azaldıb

Bu il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 milyard 688,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % azdır.

Təkcə dekabr ayında isə ARDNF-in valyuta satışının məbləği 989,2 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin dekabr ayına nisbətən 55,1 % çoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *