Britaniyada kriptovalyutaların populyarlığı tənzimləyicini hərəkətə gətirdi

Böyük Britaniyanın maliyyə tənzimləyicisi (FCA) kriptovalyutalara investisiyanın təhlükələri barədə əhalini xəbərdar edəcək marketing kampaniyasına 11 milyon funt sterling (15,2 milyon ABŞ dolları) xərcləyəcək.

Bu barədə FCA-nın baş direktoru Nixil Rati deyib.

Məlumata görə, gənclər arasında kriptovalyuta investisiyalarının artan populyarlığı tənzimləyicidə narahatlıq yaradır. Belə ki, getdikcə daha çox gənc investisiyalara əyləncə kimi baxır. Bu isə nəticə etibarı ilə itkilərə gətirə bilər.

Xatırladaq ki, Britaniyada rəqəmsal aktivlərə investiya edənlər daha çox 18-29 yaşları arasında olan insanlardır. Onların 45 %-i üçün bu ümumiyyətlə ilk investisiyadır. Bütövlükdə isə ötən aya olan məlumata görə ölkədə bu cür investorların sayı 2,3 milyon nəfər olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *