“Biznes” yoxsa, “Maaş”. Hansı daha yaxşıdır? – Analitika
Kapitalizm sisteminin qlobal iqtisadiyyatda güclənməsi, insanların biznes fəaliyyətinə marağını getdikcə artırıb.
“Iqtisadchi.az”ın araşdırmasına görə, məhz, bu səbəbdən iqtisadi inkişafın əsası olan biznes münasibətlərinin idarəsi uzun müddətdir diqqət mərkəzində saxlanılıb. Əlavə gəlir sahəsi kimi insanların müxtəlif növ biznes fəaliyyətinə cəlbi ticarət və xidmət seqmentlərinin inkişafına səbəb olub. Lakin son 1 ildə pandemiya səbəbindən hər iki sektor üzrə bazarlarda ciddi problemlərlə qarşılaşan sahibkarlar gəlirlərinin kəskin azalmasına məruz qalıb. Sual yaranır. Bəs pandemiyadan sonra Biznes fəaliyyəti cəlbediciliyini qoruyacaqmı?
Müsahib: MASRON METYU
“Business developer”
“Biznes bu şəkildə böhrana məruz qalmayıb. Ehtiyat tədbirləri bir neçə il öncədən görülməlidir. Bu səviyyədə pandemiya böhranı ilə qarşılaşmamışdıq. Bir çox şey dəyişməlidir. İnsanlar arası münasibətlər diqqətdə saxlanmalıdır. Kimsə təyyarəyə minib, başqa ölkədəki insanları yolxudura bilirsə, bu, ciddi məsələ kimi qəbul edilməlidir. Nəticədə ola biləcəyimiz ən pis yerdəyik. Biznes münasibətlətləri sonrakı period üçün yeni istiqamətdə qurulmalıdır. Birbaşa əlaqələr azaldılmalıdır. Daha çox onlayn vasitələrdən istifadə edilməldir. Amma ticarət və xidmət sektoru üçün buna riayət etmək çətindir. Amma xəstəliklər belə olan halda daha tez yayılır.”
Son zamanlar “onlayn satış” təcrübəsinin geniş yayılması, pərakəndə ticarətə marağı artırıb. Cəmiyyətdə orta təbəqə biznesi əlavə gəlir sahəsi kimi görsə də, seqment üzrə ciddi uğur əldə edə bilmir. Bunun bir sıra səbəbləri var və onlar arasında “büdcə” amili xüsusilə fərqlənir. İnsanlar pərakəndə satış üçün kifayət qədər büdcə formalaşdıra bilmir və ya bazarın tələblərinə uyğun məhsul tapmaqda çətinlik çəkirlər. Ekspertlərin fikrincə, insanlar biznes fəaliyyətinə inteqrasiya etmədən öncə öz gəlir və xərclərini düzgün hesablamalı və tələb-təklif münasibətlərini dərindən analiz etməlidir.