Bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib
Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Onların etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən cavab olaraq bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni 19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib: “Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.