Belarus Prezidenti: “Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır”
Prezident Aleksandr Lukaşenko Qarabağ münaqişəsinin başa çatmasında Azərbaycan Prezidentinin rolunu bir daha xüsusi vurğulayıb.
Dövlət başçısı bildirib:
“Allaha şükür, hər şey bitib. Sadəcə, sağ olun ki, bitirdiniz və əminəm ki, Siz tarixin bu səhifəsini çevirəcəksiniz. Azərbaycan məsələyə bu cür yanaşmaqla Azərbaycanda yaşayan ermənilərin boyunlarını əyməyə hazırlaşmır, axı onlar təkcə Qarabağda deyil, başqa yerlərdə də yaşayırlar. Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır, mən belə nümunələr görməmişəm. Siz bizi haraya çağırsanız hər cür kömək göstərəcəyik. Biz öz variantlarımızı təklif edəcəyik”.