Belarus aqrar sektorda Azərbaycanla əməkdaşlığı genişləndirir
Belarus aqrar sektorda Azərbaycan və Tacikistanla əməkdaşlığı genişləndirir.
Bu barədə Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ONT telekanalına müsahibəsində bildirib.
“Ötən il pandemiya səbəbindən çətin keçdi, amma biz bunun öhdəsindən gələ bildik. Tədarüklərimizi yerinə yetirdik və tədarükçülər qarşısında özümüzü yaxşı tərəfdən göstərə bildik. Bu gün yeni əlaqələrimiz mövcuddur və bu əlaqələr genişlənməkdədir. Məsələn, kənd təsərrüfatı, istehsal sahələrimizin bərpası və inkişaf etdirilməsi, sosial mühitin yaradılması, aqrar şəhərlərdə sosial obyektlərin tikintisi Azərbaycan nümayəndələri üçün maraq doğurub. Düşünürəm ki, bizi uzunmüddətli və əməkdaşlıq gözləyir. Tacikistanda birgə müəssisə yaradılıb. Bu müəssisədə Belarusun “Qomselmaş” traktorları və kombaynları yığılır. Bu yaxınlarda sözügedən ölkədən nümayəndə heyəti qonağımız oldu. Yığılan məhsulların və digər Belarus texnikası çeşidlərinin genişləndirilməsi planlara daxildir”, – deyə İvan Krupko bildirib.
Xatırladaq ki, belaruslu nazir ötən həftə Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Zevarşo Zevarşoyevlə görüşüb. Görüş zamanı cins heyvandarlıq, bitkiçilik, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzuları müzakirə olunub.