Bakıda orta həyat səviyyəsi üçün aylıq nə qədər vəsait lazımdır?

“İqtisadchi.az” komandası olaraq daima müzakirə olunan bu sualın cavabını tapmaq üçün araşdırma apardıq.

Tərəfimizdən müxtəlif yanaşmalar içində orta yaşam səviyyəsinin hesablanması üçün alıcılıq qabiliyyəti indeksindən istifadə edilmişdir.Belə ki, tək fərd üzrə hesablanan bu indeksdə xərclər 55 növ əmtəə və xidmət üzrə aşağıdakı kimi bölünmüşdür;

  • Restoranlar(çöldə qidalanmaq)
  • Asudə vaxt və istirahət
  • Gündəlik qida məhsulları
  • Alkoqollu və alkoqolsuz içkilər
  • Taksi xidməti və ictimai nəqliyyat
  • Kommunal xərclər
  • Geyim və digər əmtəə & xidmətlər

Nəticə etibarı ilə orta statistik Bakı sakini yaşayış üçün(kirayə haqqı istisina) aylıq ortalama 730-850 manat civarında vəsait xərcləməlidir.Qeyd etmək istərdik ki, Statistika komitəsinin cari ilin yanvar-mart ayı üzrə açıqladığı məlumata əsasən muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9% artaraq 744,5 manat təşkil etmişdir.

Yekunda bildirmək istərdik ki, adıçəkilən indeksə əsasən Bakı sakinləri orta yaşam səviyyəsi üzrə Türkiyə vətəndaşlarından -28% aşağı, Ermənistan vətandaşlarından +5.2%, Gürcüstan vətəndaşlarından isə +11% üstün mövqe tutmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *