Bakı meriyasının qurumu 1 milyon manatlıq texnika alır
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Fəvvarələrin İstismarı İdarəsi nəqliyyat və xüsusi texnikaların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Az-Tex-Import” MMC-dir.
Qalib şirkətə 967,775 min manat ödəniləcək.