“Azərbaycanın yanında olmağa davam edəcəyik”
“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.
Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.