Azərbaycandan kapital axını 25% artıb
![](https://iqtisadchi.az/wp-content/uploads/2021/06/dollar-maliyye.jpg)
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapital axını 4 268,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4 % çoxdur.