Azərbaycanda yaşayış minimumu 2024-cü ildə 212 manata çatdırılacaq
Azərbaycanda 2024-cü ildə yaşayış minimumunun məbləği 212 manata, o cümlədən əmək qabiliyyətli əhali üçün 225 manata, pensiyaçılar üçün 176 manata, uşaqlar üçün isə 190 manata çatdırılacaq.
Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb.
Qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün isə 175 manat məbləğində proqnozlaşdırılır.
2022-ci ildə isə yaşayış minimumu 201 manata, o cümlədən əmək qabiliyyətli əhali üçün 213 manata, pensiyaçılar üçün 166 manata, uşaqlar üçün isə 180 manata çatdırılacaq.
2023-cü ildə bu göstəricilərin müvafiq olaraq 207 manat, 219 manat, 171 manat və 185 manat məbləğində olacağı proqnozlaşdırılır.