Azərbaycanda illik inflyasiya 2,8% təşkil edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
“Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2%, əvvəlki ilin oktyabr ayına nisbətən 102,3% təşkil edib. Oktyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin oktyabr ayına nisbətən 104,4% təşkil edib”, – açıqlamada deyilir.
2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, əvvəlki ilin oktyabr ayına nisbətən 101,4% təşkil edib.
Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100%, əvvəlki ilin oktyabr ayına nisbətən isə 100,3% olub.