Azərbaycana gətirilən 20 qrama qədər qızıl məmulatlarına aksiz güzəşti ləğv olunur
Azərbaycanda idxal edilən aksizdən azad edilən malların sayı azaldılır.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq aksizdən azaddır.
Layihəyə əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı siyahıdan çıxarılır.