Azərbaycan vətəndaşları bu il Türkiyədə ev alışını 19 % artırıb
Bu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 47 mənzil alıb.
Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, 2020-ci ilin may ayı ilə müqayisədə 5 mənzil və ya 11,9 % artıb.
Ümumilikdə isə yanvar-may aylarında 429 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin beş ayı ilə müqayisədə 68 ədəd və ya 18,8 % çoxdur.
Qeyd edək ki, bu ilin may ayında Türkiyədə 1 796 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin may ayı ilə müqayisədə 926 ədəd və ya 2,06 dəfəçoxdur.
Bu ilin yanvar-may aylarında isə Türkiyədə 15 920 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 3 186 ədəd və ya 25,02 % çoxdur.
Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar mayda 239, yanvar-may aylarında isə 2 246 mənzil əldə edib.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 231, yanvar-may aylarında isə 2 387 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar fevralda 119 mənzil, yanvar-may aylarında isə 1 459 mənzilə sahib olub.