Azərbaycan tütün və tütün məmulatlarının idxalına çəkdiyi xərci 60% artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 50,65 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0,6%-ni təşkil edib.
6 ay ərzində Azərbaycan həmçinin 3,7 milyon dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,2% azdır.
Tütün və tütün əvəzedicilərinin ixracına çəkilən xərc ümumi ixrac xərcinin 0,04%-i qədər olub.