Azərbaycan manatının effektiv məzənnələri artıb
Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, aylıq müqayisədə 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 2 bənd çoxdur.
Bu ilin may ayının 1-nə manatın real effektiv məzənnəsi isə 103,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd çox, ilin əvvəli ilə müqayisədə 3,6 bənd çox, illik müqayisədə isə 3,5 bənd azdır.