Azərbaycan içki idxalına çəkdiyi xərci 19% artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan 5,779 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
5 ay ərzində içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycana idxal edilmiş içki və sirkənin dəyəri isə 26,608 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 18,9% çoxdur.
İçki idxalına çəkilən xərc ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 5 aylıq ticarət dövriyyəsinin dəyərinin 7,427 milyard dolları ixracın, 4,393 milyard dolları isə idxalın payına düşüb.