Azərbaycanın neft ixrac etdiyi ölkələr – REYTİNQ

Россия, Сургут.. Нефтяные качалки в Сургутском районе

Bu ilin yanvar-fevral aylarında Azərbaycan İtaliyaya 1 040 244,18 min ABŞ dolları dəyərində 2 930 074,8 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Hindistan yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 215 964,03 min dollar dəyərində 574 033,93 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda İspaniya üçüncü yer tutur. Yanvar-fevral aylarında bu ölkəyə 175 557,63 min dollar dəyərində 507 406,05 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk iki ayında 16 ölkəyə neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

#ÖlkələrMiqdar, tonMəbləğ, min $
Cəmi5 694 291,652 044 472
1İtaliya2 930 074,801 040 244,18
2Hindistan574 033,93215 964,03
3İspaniya507 406,05175 557,63
4Portuqaliya312 238,47123 689,47
5Ukrayna339 389,1111 480,59
6Çin277 516,67102 592,36
7Xorvatiya187 115,6761 850,91
8İsrail122 207,6539 870,77
9Böyük Britaniya90 270,9239 708,43
10Almaniya91 823,8137 383,31
11Belarus90 820,6937 349,39
12Rumıniya84 725,0830 584,11
13Avstriya54 975,8220 884,24
14Tunis29 783,946 786
15Türkiyə1 743,14470,06
16Rusiya165,9155,62

Leave a Reply

Your email address will not be published. Required fields are marked *