Azərbaycanın mobil rabitə sektoru ötən il 933 mln. manat gəlir əldə edib

2020-ci il ərzində Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 933,2 mln. manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat ilində ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 2019-cu il ilə müqayisədə 2,3% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7%-ni təşkil edib.

“2020-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən 2 235,9 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,2%-i əhali tərəfindən istehlak olunub. 2019-cu il ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 0,6% artıb”, – deyə komitədən bildirilib.

İstinad: APA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *