Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlayıb.

 Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu  20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlayıb. Filmdə Qorbaçovun əmri ilə 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet ordusunun Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır.

“Iqtisadchi.az” xəbər verir ki, Qanlı yanvar gecəsində 150 mülki şəxsin həlak olduğu və 700-dən artıq insanın yaralandığı bildirilir. Bu qətliamın da Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyondan çox azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur. Filmdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSRİ-in Moskvadakı daimi nümayəndəliyində etdiyi çıxışdan bir hissə də təqdim olunub. Sonda Yanvar faciəsindən 31 il sonra, Azərbaycanın azad, çiçəklənən və güclü bir dövlət olduğu və Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *