Azərbaycanda qazdoldurma məntəqələri üçün təbii qazın tarifi 35% azaldılıb

Azərbaycanda qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 7 qəpik və yaxud 35% azaldılaraq 20 qəpikdən 13 qəpiyə endirilib.

Bu barədə Tarif (Qiymət) Şurasının bu gün qəbul etdiyi qərarda bildirilir.

Məlumata görə, məqsəd ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaqdır.

Qərar sabahdan qüvvəyə minir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *