Azərbaycanda ova getmək istəyənlər rüsum ödəməli olacaq
Azərbaycanda ovçuluq biletinin verilməsinə görə 25 manat dövlət rüsumu tətbiq olunacaq.
Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.
Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, balıqovlama biletinin verilməsinə görə də 25 manat dövlət rüsumu müəyyən olunub.