Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 2 dəfədən çox artırıb
Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 164 mənzil alıb.
Bu, 2020-ci ilin iyun ayı ilə müqayisədə 94 mənzil və ya 2,3 dəfə artıb.
Ümumilikdə isə yanvar-iyun aylarında 593 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin yarım ili ilə müqayisədə 162 ədəd və ya 37,6 % çoxdur.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyədə 4 826 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin iyun ayı ilə müqayisədə 3 147 ədəd və ya 2,9 dəfə çoxdur.
Bu ilin yanvar-iyun aylarında isə Türkiyədə 20 746 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 6 333 ədəd və ya 43,9 % çoxdur.
Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar iyunda 773, yanvar-iyun aylarında isə 3 019 mənzil əldə edib.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 683, yanvar-iyun aylarında isə 3 070 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar iyunda 300 mənzil, yanvar-iyun aylarında isə 1 759 mənzilə sahib olub.