Azərbaycan son 10 ildə 57 milyard dollar birbaşa xarici sərmayə cəlb edib

“Azərbaycanın sənaye zonalarında istehsalın ümumi dəyəri 4,3 milyard manatdan çox olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, sənaye zonalarına qoyulmuş sərmayələrin ümumi məbləği isə 6,1 milyard manatı keçib.

“Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib. Son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb”, – deyə M.Cabbarov qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *