Azərbaycan neftinin qiyməti cüzi artıb
![](https://iqtisadchi.az/wp-content/uploads/2020/09/neft-1024x1023.jpg)
![Azərbaycan neftinin qiyməti cüzi artıb Azərbaycan neftinin qiyməti cüzi artıb](https://static.report.az/photo/7e3e1281-c85c-3262-9e69-07be4e07d2bb_850.jpg)
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,39 ABŞ dolları, yaxud 0,5 % artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,17 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.