Azərbaycan neft məhsullarının Gürcüstandan tranziti 70 % artıb
Bu ilin I yarısında Gürcüstanın dəmir yolları ilə 6 milyon ton yük daşınıb.
Bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 500 min ton artıb. Yük daşımalarında 10 %-lik artım son 11 ilin rekord göstəricisi kimi qeydə alınıb.
Məlumata əsasən, yanvar-iyunda Azərbaycanın neft məhsullarının tranziti 70 % artıb. Çin-Avropa istiqamətində konteyner daşımalarında da rekord artım olub. Hesabat dövründə 4 679 TEU tipli konteyner daşınıb ki, bu da illik müqayisədə 3,7 dəfə çoxdur.