Azərbaycan millisinin futbolçusu Çempionlar Liqasında baxımlı qola imza atıb – VİDEO

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Türkiyənin “ALGSpor” klubunda çıxış edən yığmamızın yarımmüdafiəçisi Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Albaniyanın “Vllaznia” komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə (3:3) yekunlaşdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

İstinad: APA.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *