Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi “Volvo” və “DAF” markalı avtomobillər saxlanılıb.
Bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 87 900 həb dərman preparatlar və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.