“Azərbaycan Dəmir Yolları”nın bir neçə şirkəti birləşdirilir, yeni şirkət yaradılır
“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC yenidən təşkil olunur.
Buna səbəb səhmdar cəmiyyətinin 4 şirkətinin – Dəmiryolservis”, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”, “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” və “ADY Servis” MMC-lərin, eləcə də “Əsaslı Təmir” MMC-nin ləğv olunaraq 1-ciyə qoşulmasıdır.
Yenidən təşkil olunma başa çatdıqdan sonra şirkət “ADY Tikinti” adlandırılacaq.
ADY ilə bağlı daha bir yenilik isə quruma məxsus “Təsərrüfat idarəsi” MMC-nin də ləğv olunmasıdır.